Lukaşenko koronavirusla bağlı qorxularından danışdı: "İnsanları sakitləşdirməyə çalışırdım"

Lukaşenko koronavirusla bağlı qorxularından danışdı:

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı keçirdiyi narahatlıq hisslərindən danışıb.

Bu barədə etiraflarını o, "Belarus-1” televiziya kanalının efirində edib. A.Lukaşenkonun sözlərinə görə, son bir neçə ayda o, vətəndaşların etimadını doğrultmayacağından qorxub.

"Mən axmaq deyiləm, başa düşürəm ki, dünyada yalnız bir ölkə bu virusa qarşı mübarizədə xüsusi yol keçib… Sizcə, bu asandır? Asan deyil. Ancaq biz qalib gəldik”, – deyə Belarus lideri bildirib.

A.Lukaşenko belaruslulara koronavirus infeksiyasını "traktor, yüz qram və hamamla” müalicə etmək tövsiyəsini verdiyini xatırladıb: "Traktorun sağaldacağını deyəndə anlayırdım ki… əkin lazımdır, çünki yeməyə heç bir şey qalmazdı. İnsanları sakitləşdirməyə çalışırdım”.

Belarusda, əksər ölkələrdən fərqli olaraq, koronavirus pandemiyası səbəbindən sərt məhdudiyyətlər tətbiq edilməyib. A.Lukaşenko qərarını iqtisadi səbəblərlə izah edib və dünyada pandemiya ilə bağlı vəziyyəti dəfələrlə "psixoz” adlandırıb.(azpost.info)

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az