ABŞ-dan Türkiyə açıqlaması: Dövlət çevrilişinə cəhdlə bağlı...

ABŞ-dan Türkiyə açıqlaması: Dövlət çevrilişinə cəhdlə bağlı...

2016-cı ilin 15 iyununda Türkiyədə baş verən dövlət çevrilişi cəhdində ABŞ-ın hər hansı bir rolu olmayıb.

Miq.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prike deyib.

Dövlət Departamentinin rəsmisi bəyan edib ki, ABŞ-ın Türkiyədə 2016-cı ilin yayında baş vermiş dövlət çevrilişi cəhdi ilə hər hansı əlaqəsi olmayıb, əksinə baş verənləri qınayıb: "Türkiyənin yüksək çinli rəsmilərinin bunun əksi yönündə iddiaları həqiqətə qəti uyğun deyil”.

Ned Prike əlavə edib ki, belə açıqlamalar, xüsusilə ABŞ-ın Türkiyədəki hadisələrdən məsuliyyətli olmasında dair əsassız iddialar Türkiyənin NATO müttəfiqliyi və strateji tərəfdaşlıq statusuna uyğun deyil.

Qeyd edək ki, Türkiyə Daxili işlər naziri Süleyman Soylu bu dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın durduğunu elan etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az