Amerikalı həkimlər Liberiyada Ebola virusuna yoluxmuş NBC teleşirkətinin operatoru Aşoka Mukponun tamamilə sağaldığını bildiriblər.
Vətəninfo.az-ın məlumatına görə, xəstənin müalicə olunduğu Nebraska ştatındakı tibbi mərkəzin həkimləri bildiriblər ki, Mukpoya artıq çərşənbə günü evə qayıtmağa icazə veriləcək.
Mukpo bildirib ki, sağalması ilə bağlı xəbərdən şaddır, lakin bununla bağlı bir qədər narahatlıq keçirir: "Eboladan sağalmaq həqiqətən qəribə hissdir. Hədsiz sayda insan mənim qədər şanslı deyil. Sağ qaldığıma görə xoşbəxtəm".
Yeri gəlmişkən, ABŞ Milli Səhiyyə İnstitutu bir müddət əvvəl Liberiyadan gətirilən və az sonra vəfat edən pasiyentin müalicəsi zamanı Ebola virusuna yoluxan tibb bacısı Nina Femin vəziyyətinin yaxşılaşdığını bəyan edib: "Nina Femin vəziyyəti kafidən yaxşıya doğru dəyişir. Başqa təfərrüatlar hələlik yoxdur".
Dünən sentyabrda Syerra-Lionda Ebola virusuna yoluxan amerikalı həkimin Atlantadakı Emori Universiteti yanındakı xəstəxanada uğurla müalicə kursu keçdiyi və altı həftədən sonra evə yazıldığı məlum olub.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib