Amerika Birləşmiş Ştatları BMT-də Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamə layihəsinə veto qoyub. Qətnamədə İsrailin işğal etdiyi ərazilərdən çıxması tələbi qoyulub.
Vətəninfo.az xəbər verir ki, ABŞ veto qoymasa belə, qətnamə təsdiq edilmək üçün lazım olan səslərin sayından bir səs az alacaqdı. Qərarın qəbul olunması üçün Təhlükəsizlik Şurasının 15 üzvünün doqquzunun qərarı təsdiqləməsi lazım idi.
ABŞ-ın BMT-dəki nümayəndəsi Samantha Pauer vetonin səbəbini izah edərək, İsrail və Fələstin arasında sülhün yalnız çətin seçim və kompromislər nəticəsində əldə edilə biləcəyini və bu qətnamənin Fələstin və İsraili iki dövlətin yaranması kimi həllə doğru aparmayacağını bildirib.
“Biz bu qərarın əleyhinə Fələstinlilər və İsraillilərin hər gün üzləşdiyi çətinliklər və təhlükələrə biganə qaldığımız üçün səs verməmişik. Biz hər iki tərəfin danışıqlar yolu ilə münaqişənin həllinə nail olmadan bu çətinliklərin bitməyəcəyini və təhülkənin azalmayacağını bildiyimiz üçün qətnaməyə veto qoymuşuq.”
Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur Təhlükəsizlik Şurasını tənqid edərək, şuranın vəzifələrini yerinə yetirmədiyini bildirib.
Qəbul olunsa qətnamə İsrailə İordan çayının Qərb sahili və Qəzzadan çəkilərək, 1967-ci il müharibəsindən öncə müəyyən olunmuş sərhədlərə qayıtması üçün 2017-ci ilin sonunadək vaxt verilməsini nəzərdə tutur. Qətnamədə həmçinin İsrail və Fələstin arasında bir il ərzində sülh sazişinin imzalanmasına çağırılır.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ