ABŞ generalı İranın mümkün hücumuna görə İsrailə gəldi

ABŞ generalı İranın mümkün hücumuna görə İsrailə gəldi
ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Erik Kurillanın Yaxın Şərqə gəldiyi bildirilir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun ardından Rusiyanın keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə Tehrana səfər edib.
Amerikalı generalın İsrail rəsmiləri ilə "Hizbullah"ın yüksək səviyyəli komandirlərindən Fuad Şükür və HƏMAS-ın rəhbəri Haniyənin öldürülməsindən sonra İranın mümkün hücumunu müzakirə edəcəyi bildirilib.
Kurillanın bəzi Körfəz ölkələri və İordaniyaya da səfəri gözlənilir. İsrail mətbuatında yer alan iddialara görə, Kurillanın bu gün İsraildə olması gözlənilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az