ABŞ-ın Türkiyədəki konsulluğu bu gün fəaliyyətini bərpa edəcək

ABŞ-ın Türkiyədəki konsulluğu bu gün fəaliyyətini bərpa edəcək
ABŞ Dövlət Departamentinin təmsilçisi İstanbulun Sarıyer rayonundakı konsulluğunun bu gün fəaliyyətə başlayacağını bildirib.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
"Mən konsulluğun çərşənbə axşamı açılacağını deyə bilərəm", - Dövlət Departamentinin təmsilçisi Con Kirbi deyib.
O, terrorçuların silahlı basqınından sonra konsulluğun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqda məlumat verməyib.
Qeyd edək ki, dünən iki terrorçu qadın konsulluğun binasına basqın etmişdi.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az