ABŞ kəşfiyyatı: Azərbaycan zərbə endirə bilər

ABŞ kəşfiyyatı: Azərbaycan zərbə endirə bilər

Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat xidmətləri tərəfindən aparılan 2023-cü il üçün qlobal təhdidlərin təhlilində (İllik Təhlükələrin Qiymətləndirilməsi) deyilir.

Kəşfiyyat Ermənistanla Azərbaycan arasında gərginliyin davam edəcəyini proqnozlaşdırır.

Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır, lakin onların müddəti və intensivliyi məhduddur.

Qeyd olunur ki, 2021-ci ilin may ayından başlayaraq Azərbaycan-Ermənistan sərhədində və Qarabağda müntəzəm olaraq hərbi toqquşmalar baş verir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az