ABŞ “Xorasan” liderini məhv etdi

ABŞ “Xorasan” liderini məhv etdi
Pentaqon  "Xorasan” terrorçu  qrupunun lideri Muhsin Əl-Fadlinin məhv edildiyini bəyan edib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytının xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Ceff Devis Əl-Fadlinin Suriyada öldürüldüyünü bildirib.  
Onun sözlərinə görə terrorçu lider 8 iyulda Suriyanın Sarma rayonunda ABŞ hava qüvvələrinin keçirdiyi əməliyyat zamanı məhv edilib.  
Məlumatlara görə Əl-Fadli "Əl-Qaidə”nin yüksək səviyyəli üzvlərindən biri olub. ABŞ onun başına 7 milyon dollar mükafat təyin etmişdi.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az