ABŞ preidentinin qərargahənda yenidən insident yaşanıb.
Vətəninfo,az-ın məlumatına görə, 23 yaşlı Dominik Adesanya adlı bir gənc Ağ Evin hasarını aşan prezident sarayına daxil olmağa cəhd edib. Məxfi Xidmətin mətbuat katibi Dominik Adesanyanın həbs edildiyini bildirib. ABŞ prezident sarayı isə bağlanıb.
Adesanyanın ABŞ paytaxtın yaxınlığında yerləşən Merilənd ştatının sakini olduğu bildirilir.
Adesanyanın atası yerli televiziyaya verdiyi məlumatda oğlunun paranoyyadan əziyyət çəkdiyini və müşaidə altında olduğunu bildirib. Faktla bağlı hələ ki, heç bir ittiham irəli sürülməyib.
Qeyd edək ki, son iki ayda ikinci şəxsdi ki, Ağ Evə soxulur. Ötən ay baş vermiş oxşar hadisə zamanı 42 yaşlı hərbi veteran Ömər Qonzalez saxlanılmadan öncə üstündə bıçaqla çəmənlikdə qaçaraq Ağ Evə daxil olmuşdu.
Qonzalezin maşınında 800-dən artıq patron, iki balta tapılıb. Qonzalez xüsusi xidmət agentlərinə hücum etməkdə, müqavimət göstərməkdə və maneə törətməkdə ittiham olunur. Bu hadisə Konqresdə dinləməyə və Məxfi Xidmətin direktorunun istefasına səbəb olmuşdu.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib