Afaq Bəşirqızı: "Evimdə erməni döyüşçüləri gizlətməmişəm"

Afaq Bəşirqızı:
Xalq artistinin verdiyi açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Afaq Bəşirqızının ötən əsrin Sumqayıt hadisələri zamanı evində 14 ermənini gizlədib və onların ölümdən qurtarıb. Bu xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb.

İstiPress xalq artisti ilə əlaqə saxlayıb. O, bu cür çaşqınlığın yaranmasında daha çox yerli media qurumlarını günahkar bilib:

"Mən hər qaragühura cavab versəm, mən Afaq olmaram. Orada səhv saytlarda qoyulan başlıqdır. Bu da bəzi saytların günahı, daha dəqiq desəm, savadsızlığıdır. Açıqlamanı oxumadan başlığa görə münasibət bildirən insanlara nə demək olar axı? Mən deməmişəm ki, evimdə erməni döyüşçüləri gizlətmişəm. Mən körpə uşaqlarla, ahıl insanları gizlətmişəm. Mən özümə bəraət qazandıran insan deyiləm. Mənim alnım açıq, üzüm də ağdır". 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az