Sevgilisindən Afət Fərmanqızına ŞOK QADAĞA - Hacı əsəbləşdi və…

Sevgilisindən Afət Fərmanqızına ŞOK QADAĞA - Hacı əsəbləşdi və…
Tanınmış müğənni Afət Fərmanqızı sosial şəbəkələrdə onu təhqir edənlərə sərt ismarış yollayıb.

Miq.az redaktor.az
-a istinadən xəbər verir ki, müğənni bildirib ki, dəfələrlə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

"Hamı evdə anasından, atasından aldığı tərbiyəni göstərir. O vaxt 4-5 dəfə polisə müraciət etdik, təhqir edən adamları tapdıq. Monitor arxasında söyənlər polis bölməsində ayağıma düşüb yalvarırdılar ki, onları bağışlayım. Bunun görüntüləri də var əlimdə, sadəcə yaymaq olmaz. Bunun özü də cinayətdir".

Müğənni əlavə edib ki, sosial şəbəkələrdə ona təhqir yazanlardan biri də həmkarı olub:"Məni təhqir etmişdi, kim olduğunu tapdım. Məlum oldu ki, öz həmkarımdır. Guya telefonundan kimsə yazıb. Bunun xəbəri yoxdu".

Afət Fərmanqızı qeyd edib ki, ailə qurduqdan sonra həyat yoldaşı ona sosial şəbəkələrdən istifadə etməyi qadağan edib:

"Hazırda həyat yoldaşım mənə "İnstagram", "Facebook" və digər sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. İstəyir ki, vaxtımı ancaq sənətimə ayırım".

Qeyd edək ki, müğənni bir müddət öncə Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı ilə ailə qurub. Bu, müğənnin ikinci evliliyidir. Bundan öncəki evliliyindən isə bir oğlu var. O, hazırda Avropada təhsil alır.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az