Ağdamda yeni inşa edilmiş süd emalı müəsisəsi fəaliyyətə başlayıb.

Ağdamda yeni inşa edilmiş süd emalı müəsisəsi fəaliyyətə başlayıb.

Ağdam süd emalı müəssisəsi Dövlət başçısının ölkədə daxili istehsal gücünün artırılması, reginonların iqtisadi inkişafının gücləndirilməsi, habelə işsizliyin aradan qaldırılması və sahibkarlara dəstək göstərilməsi istiqamətində imzaladığı sərəncamlara uyğun olaraq, dövlət dəstəyi ilə qurulub fəaliyyət göstərir. Məhsulları "Ağdam süd” ticarət markası ilə satışa çıxarılır.  

Süd yerli fermerlərdən gigiyenik və sanitar tələblərə uyğun xammal şəklində alınır. İxtisaslaşmış laboratoriyada keyfiyəti öyrənilir. Uyğun normalara cavab verən məhsul təyinatı üzrə soyuducu tanklara doldurulur. Pasterizə və strelizə olunaraq 98 dərəcə selsidə bişirilir, omojensasiya vasitəsi ilə mayalanma tanklarına ötürülür, daha sonra isə soyuducu anbarlara yerləşdirilir. 12 saatdan sonra süzülür və müasir avadanlıqlarda emal edilərək şor və kəsmik məhsulu hazırlanır. 

Müəssisənin gündəlik xam süd qəbulu bir ton, istehsal həcmi isə 450 kiloqramdır. Bu isə rayonun daxili tələbatının 40 faizi deməkdir. İstehsal prosesi 5 nəfərlik kontingentin zəhməti hesabına reallaşır. 

Müəssisənin istehsal gücünü artırmaq istiqamətində də iş aparılır. Bunun üçün lazımi avadanlıqların bir qismi alınıb. Gətirilməsi zəruri olan digər qurğuların, həmçinin onların quraşdırılmasını həyata keçirəcək xarici mütəxsislərin ölkəyə gəlişi bütün dünyada mövcud olan COVİD-19 pandemiyası ilə əlaqədar hələ ki, mümkün deyil. Bu da müsisənin geniş fəaliyyətə başlamasını əngəlləyir.  

Müəssisə tam gücü ilə işlədikdən sonra burada holland pendiri, pizza, kaşar, xama, bəyaz pendir, kərə yağı və ayran istehsalı nəzərdə tutulur. 

Emal müəssisəsinin yaradılması İqtisadiyyat nazirliyinin investisiya təşviqi sənədinə əsasən ərsəyə gəlib.
 
 
 

Elgün Gəncimsoy
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az