Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər Bölməsi (HEB) və İctimai Elmlər Bölməsi yaradılıb.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, Akademiyanın Nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin HEB-in fəaliyyətinin təşkil edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin qərarına əsasən, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi HEB-in tərkibinə daxil edilib, bölmənin tərkibi müəyyənləşdirilib.
AMEA Rəyasət Heyəti, həmçinin İEB-in fəaliyyətinin təşkili məqsədilə bir sıra elmi tədqiqat müəssisələrinin bu bölmənin tərkibinə daxil edilməsi haqqında qərar qəbul edib. Buraya A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları İnstitutu, Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Аzərbaycan Tarixi Muzeyi daxildir. Rəyasət Heyətinin iclasında İEB-in üzvləri də müəyyənləşdirilib.
AMEA Rəyasət Heyətinin digər qərarları ilə akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ