Aktyor Ruslan Sabirli yeni seriala çəkilir.
Aktyor Gün.Az-a açıqlamasında bildirib ki, Xəzər TV-də yayımlanacaq 24 seriyadan ibarət “Sənə inanıram” adlı serialda baş rolu canlandırır.
R.Sabirli onu da bildirib ki, xeyli vaxtdır ki, ona gələn serial dəvətlərinə yox cavabı verirmiş:
“Bir çox seriallara çəkilməkdən imtina edirdim. Çünki ssenarini bəyənmirdim. Bu serialda isə Həmid obrazını oynayacağam. Həmid bir qədər mənfi obrazdır. Deməli, 31 yaşlı Həmid Bakıdan Riqaya köçmüş və orada biznes qurmuş uğurlu iş adamıdır. Riqada yaşayan Həmidin həmçinin İrina adlı sevgilisi var. Lakin Bakıda yaşayan anası onu azərbaycanlı qızla evləndirmək istəyir. Nəhayət Həmidi razı salıb ona qız bəyəndirə bilirlər. Elçi gedilir, toy günü təyin olunur.
Həmid Riqadan Bakıya gəldiyi gün təsadüf nəticəsində 17 yaşlı Əminə ilə tanış olur və elə ilk baxışdan ona aşiq olur. Məhz elə bu səbəbdən Həmid toy günü karteji dayandıraraq şadlıq evinə getməkdən imtina edir. Qız evi isə onları gözləyir. Elə bütün faciələr və hadisələr bu andan etibarən başlayır. Aləm dəyir bir-birinə... Lakin ümid edirəm ki, tamaşaçılar bu dəfə də canlandırdığım baş rolu bəyənəcəklər”.
Qeyd edək ki, serialda Şəfəq Əliyeva, Şəlalə Qurbanova, Nuriyyə Əhmədova, Rəfael Dadaşov, Rəşad Səfərov və başqa aktyorlar çəkiliblər.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT