Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası:

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək.
 
"Köhlən atlar" sentyabrın 15-də Bakıda Fransa "Nant"ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.
 
"Qarabağ" V turda səfərdə "Nant"la, sonuncu turda isə Bakıda "Frayburq"la üz-üzə gələcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az