Hollandiyada yarışda olan idmançılarımız qələbə qazandılar!

Hollandiyada yarışda olan idmançılarımız qələbə qazandılar!

Azərbaycan Boccia Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi altında Hollandiyada yarışda olan idmançılar "Veldhoven 2022 Dünya Boccia Çempionatı"nda yüksək nəticələrlə qələbə qazandılar! Belə ki, fərdi oyunlar yekunlaşdı və idmançılarımız 4 medal qazanaraq ölkəmizin bayrağını 26 ölkə arasından yüksəltdilər və himnimizi səsləndirdilər.  Qazanılan medallar:
 
kişilər üzrə:

BC-4 kateqoriyalı atlet Xəyal İslamov - qızıl medal 
BC-4 kateqoriyalı atlet Bəhruz Mirzəyev bürünc medal 

xanımlar üzrə:

 BC-2 kateqoriyalı atlet Sona Ağayeva bürünc medal 
 BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva bürünc medal    


Qeyd etmək istərdik ki, çempionatın para və cütlük oyunları 5-6 avqust tarixlərində baş tutacaq. Yarışın cütlük halında ölkəmizi Zaur Veysəlov və Nərmin Ağayeva təmsil edəcək. Hər iki idmançıya uğurlar arzu edirik.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az