Hadisə ilə bağlı qızın ailəsi prokurorluğa müraciət edib
Ötən gün Azərbaycanda iki təcavüz hadisəsi ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət daxil olub.
ANS PRESS-in məlumatına görə, bu barədə “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova oxu.az-a məlumat verib.
İctimai Birliyin sədri qeyd edib ki, Bərdədə zorlandığı iddia olunan qızın anası təşkilatla əlaqə saxlayıb.
Qızın anası bildirib ki, qızı 2012-ci ildə, evlərində tanış şəxs tərəfindən zorlanıb. Lakin oğlan bu barədə heç kəsə danışmaması üçün qızı təhdid edib və qıza söz verib ki, onunla evlənəcək. Qız da bu müddət ərzində susub.
Lakin oğlan 15 yaşlı digər bir qızla nişanlanıb. Bu günlərdə oğlanın başqa qızla nişanlanması barədə xəbəri eşidən qız intihara cəhd edib. Qız intihara cəhd etmədən öncə məktub yazıb. Qızın valideynləri məktubu oxuyublar və hadisədən xəbərdar olublar. İntihara cəhdin qarşısı alınıb. Bu hadisəni eşidən oğlan isə aranı sakitləşdirmək üçün qıza onunla evlənəcəyi barədə yenidən söz verib.
Hadisə ilə bağlı qızın ailəsi prokurorluğa müraciət edib.
“Hadisənin üstündən iki il keçdiyi üçün zorlamanı sübut etmək çox çətindir. Ola bilsin ki, gənc boynuna alsın ki, o qızla intim əlaqədə hər hansı formada olub. İş sübut olmadığına görə bağlanıb”, - Mehriban Zeynalova bildirib.
Suraxanıda baş verən zorlanma hadisəsi ilə bağlı isə təcavüzə məruz qalan qızın rəfiqəsi təşkilata məlumat verib. İkinci müraciət də hadisənin üstündən 1 ildən çox vaxt keçdikdən sonra edilib.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər