Allahşükür Paşazadə Məkkəyə yola düşəcək

Allahşükür Paşazadə Məkkəyə yola düşəcək
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür. 

Miq.az xəbər verir ki, səfər Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir. 

QMİ sədri A. Paşazadə avqustun 4-5-də Məkkə şəhərində keçirilən "Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcək. 
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulub. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az