Ankara şərtlərini Kremlə göndərdi
Türkiyə "Türk axını" kəmərinin tikintisi ilə bağlı razılaşma layihəsini Rusiyaya göndərib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, daha əvvəl də
Ankara və
Moskva arasında danışıqlar olub, sadəcə, Rusiya qazına endirimlər üzrə fikir ayrılıqlarına görə proyekt uzadılıb.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qaz kəmərinin
tikintisi üzrə irəli sürülən təkliflərin detalları haqqında tam məlumat
verməsə də, qeyd edib ki, Rusiya son beş-altı ayda Türkiyəyə qaz
satışını 8 % azaldıb.
Energetika Nazirliyindən bildirilir ki, "Türk axını" üzrə müqavilənin layihəsini Rusiya tərəfi hələ əldə etməyib.

Taner Yıldız - Türkiyənin enerji və təbii ehtiyatlar naziri
Rusiya ilə Türkiyə arasında danışıqlara hələ iyul ayında başlansa da,
Türkiyənin Rusiya qazına endirimlər etməsi təklifi ölkələr arasında
fikir ayrılığına səbəb olub. 2015-ci ilin fevralın ayında Taner Yıldız
bildirib ki, söhbət 10,25% endirimli 28-30 milyard kub metr qaz
həcmindən gedir. Lakin bu təklifi eşidən Rusiya Energetika Nazirliyinin
başçısı Aleksandr Novak Moskva və Ankara arasında danışıqların
dayandırıb.

Aleksandr Novak - Rusiyanın enerji naziri
Türkiyə tərəfi deyir ki, o zaman Rusiya dörd məntəqə üzrə tikintiyə
hazırlaşdığı üçün bir və ya iki qaz kəməri tikintisini dayandırmalı idi.
Amma Ankaraya qaz lazım olduğu üçün, Rusiyadan gələn qaz kəmərindən
imtina edə bilməz, rəsmi Moskva endirimlər etməsə belə.
"Türk axını" layihəsinə görə, qaz kəməri
Qara dənizin dibi ilə Anapadan keçməli, daha sonra Türkiyə ərazisi boyunca
Yunanıstana çatmalıdır. Əgər hazırlanmış bu layihə Rusiya tərəfindən qəbul
olunarsa, il ərzində kəmər boyu 63 milyard kubmetr həcmində qaz
təchizatı nəzərdə tutulur.