Araz Ağalarov "krallar" siyahısında 7-cidir

Araz Ağalarov

Forbes jurnalının rus versiyası Rusiyada "daşınmaz əmlak kralları reytinqi"ni elan edib. Birinci yerdə Azərbaycandan olan milyarderlər -Zarax İliev və Qod Nisanovdur. Onların "Kiyevskaya ploshad" şirkətinin icarədən illik gəliri 1 milyard 115 milyon dollar olub.

Moskvada keçən il açılan Moskvarium adlı okeanarium da onlarındır. Forbes.ru yazır ki, 53600 kv m sahəsi olan bu okeanariumun açılışına Putin də gəlmişdi. Onu tələbə yoldaşı İlham Rəhimov da müşayət edirdi.İlham Rəhimov "Kiyevskaya ploshad"-ın bəzi obyektlərinin şərikli sahibidir. (azadliq.org)

Crocus Qrupun rəhbəri Araz Ağalarov krallar siyahısında 7-cidir. Onun başçılıq etdiyi Crocus Qrupunun icarədən illik gəliri 365 milyon dollardır. Ancaq Forbes.ru-nun məlumatının sonunda bir bənd də var. Orda deyilir ki, qrupun borcu 1,4 milyard dollardır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az