Gəncədə dəhşətli qətl - Ana övladını öldürdü

Gəncədə dəhşətli qətl - Ana övladını öldürdü
Ana öz övladını boğaraq öldürüb. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu-2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub. Hadisə barədə məlumat alan hüquq-mühafizə orqanı əməkdaşları övladını öldürən Mətanət Hüseynovanı saxlayaraq istintaqa cəlb ediblər./anspress.com/

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.

Valideynin övladını qətlə yetirdiyi sonuncu hadisə bir neçə gün əvvəl Beyləqanda baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovun boğazını kəsib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən ata tutularaq istintaqa cəlb edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az