Azərbaycanda 19 yaşlı qız özünü binadan atdı

Azərbaycanda 19 yaşlı qız özünü binadan atdı
Bakıda intihara cəhd olub.
 
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb. Hadisə yerində olan şəxslər T. Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.
 
İlkin məlumata görə, T. Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az