Bakıda dəhşətli hadisə — Sürücü öz maşınının altında qaldı + FOTOLAR

Bakıda dəhşətli hadisə — Sürücü öz maşınının altında qaldı + FOTOLAR
Axşam saatlarında Bakının Xətai rayonunda faciəvi qəza nəticəsində bir nəfər həlak olub.

Miq.az-ın ans press-ə istinadən məlumatına görə, 55 yaşlı şəxs "Şaqman” yük avtomobilini təmir edərkən onun altında qalıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Bədbəxt hadisə nəticəsində ölən sürücü Quba rayon sakini Seyidəhmədov İbrahimdir. Onun "Bakı Ağ Şəhər" ərazisində yerləşən şirkətlərdən birində çalışdığı qeyd olunur.

Hazırda hadisənin baş verdiyi Xətai rayon Nəcəfqulu Rəfiyev küçəsində FHN xilasediciləri tərəfindən cəsədin maşının altından çıxarılması işi aparılır. Həmçinin polis və prokrorluq orqanlarının işçiləri hadisə yerində araşdırma aparır.
 




Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az