Piterdə 53 yaşlı azərbaycanlını güllələdilər

Piterdə 53 yaşlı azərbaycanlını güllələdilər
Rusiyann Sankt-Peterburq şəhərinin Nevsk rayonunda 53 yaşlı azərbaycanlı güllələnib.
Rusiya KİV-lərinə istinadən verilən xəbərə görə, hadisə fevralın 12-də gecə baş verib. Gecə yarısı Podvoysk küçəsindəki 14 saylı binanın sakinləri güllə səslərinə küçəyə çıxıblar və yaxınlıqda yıxılıb qalmış kişini görüblər. Məlum olub ki, bu, 43 yaşlı Azərbaycan vətəndaşıdır. Ancaq şəxsin kimliyi göstərilmir. Naməlum şəxslər onun ürəyindən və başından güllələyərək öldürüblər. Cinayətkar silahı da özüylə aparıb və ətrafdakılardan heç kim onu görə bilməyib. Bununla belə şahidlər cinayətkarların ağ rəngli avtomobildə olduqlarını deyiblər. Öldürülən şəxs ötən ilin dekabrında həbsdən çıxıbmış.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az