Bakıda oğlanı öldürən idmançı qız-Peşman deyiləm

Bakıda oğlanı öldürən idmançı qız-Peşman deyiləm

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 Məhkəmə prosesi hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 20 yaşlı qız ifadəsində dünyasını dəyişən 31 yaşlı A.Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığını və əməlindən peşman olmadığını bildirib.

Xatırladaq ki, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyi xatırladılıb. A.Məmmədov aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, o, oktyabrın 12-də dünyasını dəyişib.
 

S.Ramazanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
 
Qeyd edək ki, qətl törədən gənc qız qaydasız döyüş idman növü ilə məşğuldur.
 
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az