32 yaşlı azərbaycanlını öldürdülər-Odessada

32 yaşlı azərbaycanlını öldürdülər-Odessada
Ukraynanın Odessa şəhərinin Admiralsk prospektində uzun müddətdir orada yaşayan azərbaycanlı qətlə yetirilib.
Miq.az virtualaz.org-a istinadən xəbər verir ki, qətl fevralın 6-da gecə baş verib. Azərbaycanlını "Vimpel” barından bir az aralıda öldürüblər. Odessa polisinin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub.

Şahidlər deyiblər ki, 32 yaşlı azərbaycanlı bardan çıxıb, öz "Mercedes”inə oturub, bu zaman ona üç nəfər hücum edib. Hücum edənlər azərbaycanlını avtomobildən sürüyüb çıxarıblar, döyüblər və daha sonra sinəsindən iki bıçaq zərbəsi ilə soyuqqanlılıqla öldürüblər.

"Onlar qorxmurdular ki, birdən kimsə bu cinayəti görər. Yaxınlıqda videomüşahidə kameraları da var, ancaq onlar çəkinmirdilər”, - şahidlərdən biri deyib.

Məlum olub ki, öldürülən azərbaycanlı xeyli vaxtdır Ukrayna vətəndaşlığı daşıyırdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az