Arutyunyanla Balasanyan boğuşur: İrəvandakı xaos separatçı rejimə də sirayət etdi...

Arutyunyanla Balasanyan boğuşur: İrəvandakı xaos separatçı rejimə də sirayət etdi...

Ermənistanda hakimiyyət uğrunda və Paşinyan hökümətini istefaya göndərmək istiqamətində aparılan mübarizə səngimək bilmir. Bu mübarizə artıq Dağlıq Qarabağın cinayətkar rejiminin üzvləri arasında da başlayıb.

Moderator.az  NEWS.am-a istinadən xəbər verir ki, Balasanyanın rəhbərlik etdiyi "Ədalət” fraksiyası və Daşnaksütun partiyasının birgə bəyanatında Arutyunyana qarşı kəskin mövqe bildirilib: 

"Fəaliyyətdə olan Prezident (yəni  Arutyunyan-red) növbəti müzakirələr zamanı əldə olunmuş razılığı pozaraq, özbaşına hökümət formalaşdırmağa başlayıb və bununla da böhrandan çıxma fürsətindən ölkəni məhrum edib.

İndiki vəziyyətdə hökümətin qurulması prosesindəki iştirakımızın davamı mənasız olub. Belə bir şəraitdə, Arutyunyan hökumətin qurulması, onun gələcək fəaliyyəti və ölkədə gedən proseslər üçün bütün məsuliyyəti şəxsən özü daşıyır".
 
P.S. Azərbaycan  nəzarət edə bilmədiyi ərazilərə tezliklə müdaxilə etmək üçün cinayətkar rejimin daxilində gedən fikir ayrılığından, daxili çəkişmələrindən maksimum yararlanmağı dəyərləndirməlidir.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az