Arvadı ilə dalaşdı - Özünü bıçaqladı

Arvadı ilə dalaşdı - Özünü bıçaqladı

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Şəhər prokurorluğundan verilən məlumata görə, Sumqayıt sakini 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.

Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qan itirmə nəticəsində dünyasını dəyişib.

X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq./Report.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az