Özbəkistan prezidenti İslam Kərimovun nəvəsi İslam Kərimov maraqlı bir iddia ilə çıxış edib.
Vətəninfo.az-ın BBC-nin özbək xidmətinə istinadən verdiyi məlumata görə, kiçik Kərimov bildirib ki, onun babasına ölkədəki vəziyyət haqqında etibarlı məlumat almağa mane olurlar.
Nəvəsinin sözlərinə görə, respublika başçısının xanımı prezidentin internetdən istifadə etməsinə qarşı dəfələrlə çıxış edib.
“Bir dəfə prezident mənə dedi ki, internetə qoşulmaq istəyirəm, mənə kompüter lazımdır. Mən bunu ona öyrətməyə başladım. Nənə məni çağırdı və söyməyə başladı. Dedi ki, baba hər şey haqqında bilməyə başlayarsa, o halda biz nə edəcəyik? Növbəti dəfə isə gördüm ki, kabel modemdən ayrılıb və mənə əmr etdilər ki, babaya internet işləmədiyini deyim”, - nəvə Kərimov bildirib.
Qeyd edək ki, İslam Kərimov 1990-cı illərin əvvəlindən Özbəkistana rəhbərlik edir. O, hazırda üçüncü prezident müddətini yerinə yetirir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib