Arzuxan Əlizadə: “Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməlidir”

Arzuxan Əlizadə: “Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməlidir”

"İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri nəticəsində yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

 

Deputat bildirib ki, Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir: "Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az