Astan Şahverdiyev: Haqqımda deyilənlər iftiradan başqa bir şey deyil

Astan Şahverdiyev: Haqqımda deyilənlər  iftiradan başqa bir şey deyil

Cənab prezidentin həyata keçirdyi hər hansı bir Sərancamın müzakirəyə ehtiyacı yoxdur.


Son vaxtlar bəzi KİV-lərdə məninmlə bağlı  müxtəlif qərəzli fikirlər səsləndirilməsi həqiqəti əks etdirmir. Bunlar yalnız mənə qarşı yönləndirilmiş şər və böhtan xarakterli  fikirlərdir. Bu sözləri Miq.az-a açıqlamasında  Cəbrayıl rayonundan deputat seçilmiş Astan Şahverdiyev deyib. Deputat qeyd etdi ki, adımdan dərc olunan yazılar kimlərinsə marağına xidmət edir. 


"Azərbaycan hüquqi dövlətdir. Dövlətimiz cənab prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində uğurla idarə olunur. Dövlətimizin nazirini də, icra başçısını da vəzifəyə cənab prezident təyin edir və  azad edir. Bildiyimiz kimi, bütün bunlar  dövlət başçımızın səlahiyyətindədir. Hər hanısa bir dövlət məmurunun, o cümlədən deputatın ixtiyarı yoxdur ki, kimisə vəzifəyə gətirmək üçün himayə etsin və ya canfəşanlıq göstərsin. Bir daha deyirəm ki, haqqımda deyilənlər  mənə qarşı yönəlmiş provakasiyon xarekterli fikirlərdir", -deyə Astan Şahverdiyev vurğuladı. 


Miq.az-a açıqlama verən millət vəkili onu da qeyd etdi ki,  cənab prezidentin həyata keçirdyi hər hansı bir Sərəncamın müzakirəyə ehtiyacı yoxdur. "Sifarişli" yazı müəlliflərinə dövlətə və dövlətçiliyə hörmət etməyi tövsiyə edirəm.


Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı Sərəncamla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev vəzifəsindən azad edilib. Bəzi informasiya portallarında bildirilirdi ki, guya M.Quliyevin gözdən düşməsi A.Şahverdiyevin marağında olub. Yazılarda o da qeyd olunurdu ki,  deputat icra başçısı postuna öz yaxın qohumunun gətirilməsini istəyib. 


Deputat həmçinin sözügedən rayonun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun kurasiyasında olduğu və  rayonla əlaqədar kadr dəyişikliklərində komitə sədrinin mühüm rola malik olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirdi: "Əli Həsənov Azərbaycanın ictimai-siyasi həyatında fəal xidmətləri olan ziyalıdır. Əli müəllim dövlətə və dövlətçiliyə sadiq adamdır. Hesab edirəm ki,  o da qarayaxma kompaniyasında hədəfə çevrilib. Onunla bağlı belə fikirlərin səsləndirilməsi də həqiqəti əks etdirmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın sosial problemləri, qayğıları, müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin gündəlik qayğısına çevrilib.  Cənab prezidentin tapşırıqları nəticəsində Əli müəllim qaçqınların sosial rifahının yaxşılaşdırması ilə məşğul olur, icra başçısı vəzifəyə qoydurmaqla  yox.”

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az