Ruhani Moskvaya Qarabağ danışıqlarına gedir
Rusiya və İran Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
İran prezidenti Həsən Ruhaninin martın sonlarında Moskvaya səfəri zamanı Suriya böhranı ilə bağlı məsələ, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi məsələlər müzakirə ediləcək. Bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
Səfir əlavə edib ki, eləcə də səfər zamanı Xəzər problematikası, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında siyasi, ticari-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Miq.Az