Cəbhədə erməni təxribatı: hərbçimiz yaralandı

Cəbhədə erməni təxribatı: hərbçimiz yaralandı

Azərbaycanın hərbi qulluqçusu düşmən təxribatı nəticəsində yaralanıb

Ermənistan silahlı bölmələri fevralın 1-də avtomatik silahlardan və qumbaraatanlardan istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.

Miq.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti sabitdir, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az