“Keçmiş həyat yoldaşım mənim üçün yoxdur, oğlum üçün var,hər zaman da olacaq. O istəməsə də olacaq. Çünki o mənim oğlumun atasıdır. Əgər oğluma atalıq etmək üçün mən digər adamı seçməmişəmsə, o zaman atalıq etməyə məcburdur. Məcburdur vəssalam!”
Bu dəfə müsahibim telejurnalist, Muz TV-nin icraçı direktoru Vüsalə Kərimovadır.
-Vüsalə Kərimovanı necə təqdim edərdiniz. Sizin həyatda yeriniz və mövqeyiniz...
- Bəzən populyar insanlar deyirlər ki, bizim təqdimata ehtiyacımız yoxdur. Mən isə belə hesab etmirəm. Düşünürəm ki, hər zaman hər insanın təqdimata ehtiyacı var. Əgər insan təqdim olunursa, demək sayılır. Mən də özümü sadəcə Vüsalə Kərimova kimi təqdim edərdim. Onsuz da tanıyan tanıyır məni, tanımayan tanımır. İxtisasım telejurnalistdir. Uzun illərdir - 1996-ci ildən bəri, 16 ildir ki, jurnalist kimi fəaliyyət göstərirəm və başqa sahə ilə məşğul olmamışam. Hazırda Muz TV-nin icraçı direktoruyam.
-Bəs telejurnalist olmasaydınız, hansı peşəyə yiyələnərdiniz?
- Mən telejurnalist olmasaydım yenə də telejurnalist olardım. Dünyaya bir milyon dəfə də gəlsəm, yenə telejurnalist olaram. Baxmayaraq ki, iş həyatımda müəyyən itirdiklərim və qazandıqlarım olub. Amma yenə də telejurnalist olardım.
-Bəs itirdikləriniz qazandıqlarınızdan çoxdurmu?
- Deməzdim ki, çoxdur. Ancaq bəzən insanın qazandıqları itirdiklərinə dəymir. Bu da insanın müəyyən yaş dövrünə təsadüf edir. Hansısa bir yaş dönəmində insan itirdiklərin dəyərini bilmir, nəyi itirdiyini, necə itirdiyini dərk etmir. Amma zaman keçdikcə müəyyən bir yaş dönəmində isə artıq itirdiklərinin dəyərini anlayır. Ona görə də, mən heç vaxt istəmirəm ki, keçmişə baxıb kaş ki deyim. Bunu heç kimə arzulamıram. Mən gələcəyə baxmağı sevirəm. keçmiş isə hər zaman keçmişdə qalıb.
-Bir övladınız var. Bir ana kimi işdən vaxt tapıb, ona vaxt ayıra bilirsinizmi?
- Mənim bir oğlum var. Hazırda onun 12 yaşı var. Mənim həyatda Allaha şükür hər şeyim: atam anam qardaşım, dəyər verdiyim və çox sevdiyim insanlar var. Amma hər zaman deyirəm ki, mənim həyatda tək bir kimsəm var, o da mənim oğlumdur. O sırf mənə məxsusdur. Mən özəlləşdirməyi sevirəm. İnsanları ya 100% sevmirəm, ya da 100% sevirəm. Mənim oğlumun məhəbbəti mənim üçün tamam fərqli bir duyğudur. Bunu dillə ifadə edə bilmirəm. həyatda hər şeydən təcrid olunmuş şəkildə yaşaya bilərəm. amma onsuz yaşaya bilmərəm.
Oğlumun işinə heç bir təsiri yoxdur. Mənim oğlum gözünü açandan anasını jurnalist kimi görüb. Hərdən anası jurnalist olduğu üçün özünü məşhur da sayır. Heç demir ki, anam populyardır. Deyir mən populyaram. (Gülür)
-Oğlunuzla münasibətləriniz necədir?
- Mən xoşbəxt qadınam ki, oğlum məni başa düşür. Adətən onun yaşındakı uşaqlar daha çox qayğı istəyir. Mən də çalışıram ki, boş vaxtlarımı onunla keçirim. Amma şükür Allaha ki, o özünü idarə etməyi bacarır, sərbəstliyi var. Bu məni qane edir. Biz bir-birimizi sevdiyimiz üçün bir-birimizi başa düşürük. Mən oğlumla həm də ki, dostam. Oğlumla tez-tez dərdləşirik. Hər zaman demişəm ki, nəsə pis işdə tutsan birinci mənə de başqasından eşitməyim. Bu mənə çox pis təsir edər. Mən qız övladı olduğum üçün bunu çox yaxşı başa düşürəm. Mən düşünürəm ki, oğlanlar anasına daha çox bağlı olur.
Mənim həyat yolumda belə bir simvol var ki, əgər bir oğlan anasına hörmət qoymursa, həyat yoldaşına necə hörmət edəcək. İlk öncə anadır. Ananın qiymətini bilməyən yad qızının qiymətini necə bilə bilər? (Oğlundan danışaqkən gözlərinin içi gülürdü)
-Vüsalə xanımın həyatında sevib-seçdiyi insan varmı?
- Mən belə hesab edirəm ki, insan hər zaman kiməsə dəyər verməlidir. Bu olmadığı təqdir də insanın yaşaması da, həyata baxışı da çətinləşir. Amma mənim həyatım da yeganə kişi oğlumdur.
-Qadınların hər zaman qayğıya, sevgiyə ehtiyacı var. Bəs yenidən ailə qurmağı düşünmürsünüzmü?
- Əlbəttə bu belədir. Hər qadının sevgiyə ehtiyacı var. Amma mən bu haqda düşünmürəm. Mənim evimdə kişi böyüyür. Artıq onun 12 yaşı var. Mənimlə eyni boydadır. Mən oğlum balaca olanda ailə qura bilərdim. Amma mən heç vaxt razı olmaram mənim oğluma başqa adam atalıq eləsin. Mən oğlumdan artıq heç kimi sevə bilmərəm. Sənin yanında lap Çox sevdiyin insan varsa tanden yaranmır. Tanden yaranmadıqda da ailə qurmağın nə mənası var ki?
Həm də gərçəktən ailə qurmağı istəmirəm. İnsanın başı bir dəfə daşa dəyər. İkinci dəfə başının daşa dəyməsi insanın kor olmasıdır. Mənim kimi qadınlar növbəti dəfə seçim edərkən çox həssas olurlar. Mən demirəm ki, mənim ətrafımda insan yoxdur. Mənim razılığım olacaq təqdirdə bəlkə gerçəktən qadın xoşbəxtliyini mən yaşada biləcək insanlar var ətrafımda.
-Bəs xoşbəxtlik sizin üçün nədir?
- Xoşbəxtlik ifadəsinə çox önəm vermirəm. Bu ani hisdir. Mən bu dəqiqə işdə olduğum üçün xoşbəxtəm. Baxmayaraq ki, mənim şəxsi həyatım çox parlaq deyil. Lakin oğluma baxanda onu yanımda görəndə çox xoşbəxt oluram. Heç vaxt heç vaxt deməyi sevmirəm. Artıq mənim 35 yaşım ( gülərək: ola bilər sizin gözünüzə cavan dəyərəm), oğlumun 12 yaşı var. Bəlkə subay olsaydım, ailə qurardım. Amma artıq gecdir.
-Ailə həyatı qurmaq istəsəydiniz, oğlunuzun buna fikri necə olardı? Yəqin ki, onun fikirləri önəmlidir sizin üçün...
- Əsas oğlumun fikridir. Həyatımda oğlumun istəmədiyi addımı atmaram. Mənim yeganə varlığım odur. Belə bir fikrim olsaydı, ilk onunla bölüşərdim, onun fikrini öyrənərdim. O xoş olmayan ifadə işlətməz mənim üçün. Mənə “ana sənə necə xoşdur elə et” deyə bilərdi. Amma mən onun gözlərindən başa düşərdim . Mən hiss edirəm ki, oğlum məni paylaşmaq istəmir.
-Son zamanlar telejurnalistlər seriallar, filmlərə çəkilməyə başlayıblar. Sizə belə bir təklif gəlsəydi, qəbul edərdinizmi?
- Qəti şəkildə olmaz deyə bilmərəm. Mən son iki ilə qədər siyasi jurnalist olmuşam. Atam aktyor, əməkdar artistdir. Mən uşaqlıqdan jurnalist olmaq xəyalı ilə yaşamışam. Bu sahəni tam dərk etməsəm də evdəkilərdən müsahibələr almışam. Başqa sahədə özümü görməmişəm. Siyasi sahədə çalışdığım üçün belə fikrim olmayıb. Mən son iki ildə sənət adamlarımızı tanımağa başlamışam. Gənc müğənni Yaşar Cəlilovla da iş birliyimiz var.
türkiyəli sənətçi tərəfindən film təklifi gəlib. Film Qarabağla bağlı çəkiləcək. Lakin nə ssenariyə baxmışam, nə haqqında düşünmüşəm. Belə bir təklif haqqında düşünə bilərəm. Amma nə qərar verə biləcəyimi bilmirəm. Mən seriala baxmağı çox sevirəm. istər həyati olsun, istərsə romantik olsun, istərsə də döyüş filmi olsun. Lakin heç vaxt fantastikaya baxmıram.
-Hansı Azərbaycan seriallarını izləyirsiniz?
- Bəlkə bu mənim səhvimdir, bəlkə mən düz eləmirəm, bəlkə də mənim müsahibəmi oxuyanlar düşünərlər ki, bu səhv addımdır. Mən Azərbaycan telekanallarına baxmıram. Bir vaxtlar xarici kanallara baxmırdım. İndi isə öz kanallarımıza baxmıram. Mən informasiya ilə nəfəs alıram. Xəbər agentlikləri var ki, mən informasiyanı onlardan alıram. İnformasiyadan kasadlıq çəkmirəm. Məni telekanallardan küsdürdülər. Sevgiylə bağlandığım xəbər sevgi ilə bağlandığım telekanallardan küsdürdü məni. Hal- hazırda bizim telekanallarımıza dəyərli aparıcı lazım deyil.
-Həyatda sizi ən çox üzən məqam nə olub?
- Həyatda deyim sizə ki,ən çox üzüldüyüm an da məhz babamı itirdiyim an olub.Yəni heç vaxt heç vaxt demə bəlkə deyir, həyatda bəlkə mən ən çox onu fikirləsirəm ki,Allah dərdi çəkənə verir hər zaman.Çünki dərdi çəkə bilməyən onsuz da çəkə bilmir,yıxılır ölür.Amma dərdi çəkə bilən insanlar möhkəm olur.Onlar hər zaman sınaqda olurlar,hər zaman dərdinin üstünə dərd gəlir və mənim də həyatımda üzüldüyüm an məhz babamı itirdiyim an olub.Atamı isə dediyim kimi,baxmayaraq ki,mənim atam əməkdar artisdir,baxmфyaraq ki,çox gözəl obrazları var,tutduğu mövqe var və ona çox dəyər verən, çox sevən insanlar var,ailəsi var,övladı var,baxmayaq ki,bunlar var,amma mən yoxam və heç vaxt olmayacam.Heç vaxt olmayacam.
-Yəni, sizin sevginizi geri qaytarmaq üçün heç nə etmir atanız?
- Mən deyərdim ki,sizə əgər atam müəyyən bir yaş yaş dövrümə qədər məni qazanmaq üçün addım atsa idi,bəlkə də mən bağışlayardım.Çünki ən azından mən atanın nə olduğunu bilmirdim. Bunu dənəməyə çalışardım,elə deyil? Düşünərdim ki,bəlkə dənəyim,bəlkə alınar? Amma atam mənim qabağıma elə bir yaş dönəmində çıxdı ki,artıq mən qərar verməyi bacarırdım və deyim sizə ki, dənəmək istədim. Dənəmək istədim,bacarmadım ... Bacarmadım. Ümumiyyətlə, düşündüm ki,mühüm addımdır. Bax, bunu düşündüm,gərçəkdən düşündüm. Mən həyatımda əlavə insan istəmirəm. O, bu dəqiqə mənim üçün əlavə insandır. Sonra bəlkə də çox acıdır, dediklərim bəlkə də çox qırıcıdır, bəlkə də çox kobuddur,amma axı mən də qırılmışam. Bilirsiz necə, qəlb qəlbdir. Məndə də var,onda da var. Ruh ruhdursa,məndə də var,onda da var. Bu yəni,mənim üçün elə bir şeydir ki,heç vaxt bağışlaya bilmərəm. Heç vaxt. Yəni,mən hansısa faiz sevmədiyim insanı necə bağışlaya bilərəm? Yoxdur bu adam mənim üçün, varlığı da yoxdur. Bu mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Nə mən onun adından istifadə edirəm, nə onun mövqeyindən istifadə edirəm, nə bu, mənə lazımdir. Yox!!! Əgər mən bu gün hansısa mövqe də dayanmışamsa,bax,mən belə-belə gəlmişəm-yıxıla,dura,əziyyət çəkə. Mən sizə,bir şer deyim,bəlkə də həyat mənim daşlaşdırıb, bəlkə də həyat məni o qədər üzüb ki, o qədər maneələr görmüşəm, o qədər qırıcı hadisələrlə rastlaşmışam,o qədər ... Elə bir şeylərlə rastlaşmışam ki,həyatımda həyata nifrət etdiyim anlar da olub,özümə nifrət etdiyim vaxtlar da olub,amma tutulmağa çalışmışam,əzilməməyə çalışmışam,həmin o məni əzməyə çalışan insanların qarşısına dik çımağa çalışmışam. Çox şükürAllaha ki, mən həm də Allahın sevimli bəndəsiyəm,hər zaman özümü belə hiss edirəm. Allahın sevimli bəndəsiyəm ki, mən heç kimin qarşısımda əyilməmişəm, əzilməmişəm,yəni bilirsiz necə,başım ucadır. Heç kimin yanında gözüm kölgəli deyil. Bu mənim üçün çox böyük şeydir. Yəni, mən kimdənsə görərkən, yaxud da danışarkən utanıb çəkinmirəm. Ona görə ki,buna bir səbəи yoxdur və bəlkə bu xarakterimə görədir sözü üzə deməyi də bacarıram,yerində deməyi də, qarşımdakının istəyir mən ən böyük düşmənimə çevrilsin,əgər mən onu səhv hesab edirəmsə,orфda da onun necə deyərlər,payını verməsəm ürəyim rahat olmaz. (Müsahibimin telefonu susmaq bilmirdi)
-Vüsalə xanımın həyatında insanların-hərənin öz yeri var,özü yerləşdirib və hasarı var. Bəzi insanlar o hasarın kənarındadır...
- Və o hasarım dövlət sərhədi kimi tikanlıdır,ordan kimsə keçə bilmir. Düzdür. Siz məni düz başa düşdünüz. Yenə də deyirəm ki,yəqin ki,sizi məni danışdırmağınız,məni doğru başa düşməyiniz bizim eyni ildən,eyni bürcdən olmağımızdır. (müsahibim ilan ili, əqrəb bürcüdür) Mənim ki, o həyatımda olan insanların siz demiş, özümün yerləşdirməyim ... Bilirsiz, mən əslimdə özüm-özüm, mən-mən sözüтdən xoşum gəlmir. Amma budur,yaşadığım budur. Nə olsa da özüm yerləşdirirəm-sən burda,sən burda,sənin bu qədər,sənin bu qədər ... Özüm yerləşdirirəm.
-Sözlərinizdən belə başa düşmək olar ki, həm sevginizi,həm də nifrətinizi gizlətmirsiz…
- Əlbəttə gizlətmirəm. Hə ... O bəlkə də mənim səhvimdir. Sevgini gizlətməmək qəşəng bir şeydir,niyə də gizlədəsən sevgini? Əgər o insana hörmət qoyursansa, dəyər verirsənsə,istər onu doğman kimi sev, istər həyatını payıaşdığın biri kimi sev, bunun heç bir fərqi yoxdur, sevgi sevgidir. Sadəcə sevginin müxtəlif şahələri var, mən belə deyərdim. Və bunu gizlətmək olmaz,əslində onu o insana vermək lazımdir ki, o nəyə layiq olduğunu dərk etsin və o da sənə qarşılığında hərmət qoysun. Amma nifrət məsələsi ki, var. Bəlkə də doğurdan da onu gizlətmək lazımdır , çünki özünə düşmən qazanırsan. Elə deyil? Amma nə edim, gizlədə bilmirəm. Mənim yəni, karyeramda da heç sevmədiyim insan var. Və o bir nəfərdir. Bir nəfərdir ki, onu heç sevmirəm. Yəni, bu, divarını aşa bilməyəm, o tikanlı hasarı keşə bilməyən, o karyeramda çox adamlar var, çox insanlar var. Hələ ki, onlar mənim üçün var,yox əhəmiyyəti yoxdur. Heç bu dediyim insanın da varlığı,yoxluğu bir mənim üçün əhəmiyyəti yoxdur,amma o insan da bəlkə də öz səhvlərini başa düşərək,maneələrini başa düşərək bəlkə də bunları aradan qaldırmaq üçün bəzi cəhdləri olub. Ən azı mən o cəhdləri hiss eləmişəm,o insan mınim ona heç dəyər vermıdiyimi,heç önəmsəmədiyimi və ona sonsuz bir nifrətimin olduğunu bilə-bilə sosial şəbəkələrdə mənə dostluq göndərirsə, demək ki,bu cəhd göştərir nəyə isə belə deyil? Mən belə hesab edirəm. Və hər ikimizin çox yaxın dostu olan,yəni mənim çox yaxın dostumdur,amma onu hec vaxt hesab etmirəm ki, o elə bir xarakterə,elə bir həyatda tutduğu mövqeyə malik bir insandır ki,onun insanlara dots kimi yaxınlaşdlğı mən hər zaman şübhə etmişəm, çünki bir insan dostuna badalaq çalmağı bacarırsa, bu heç vaxt dost ola bilməz. Və ona görə dəyəni, ikimizin də ortaq, deyərdim onun da dəyər verdiyi bir insanın vasıtəsilə o məni barışığa çağırırsa, demək ki, addımı o atır və mən o insanı heç vaxt qəbul etmərəm. Yene deyirəm, mənim haqqımda mənim düşmənim də olan, düşmən deməzdim,yəni, nə düşmən,mənim bir düşmənim var, o da ermənidir!!! Heç sevmədiyim insan,yaxın buraxmadığım insan mənimlə uzlaşmağı cəhd göstərirsə,azca da mənim həyatımla maraqlansa, mənə elə gəlir ki, payını götürər. Yenə deyirəm, bu insanlar, mənim həyatımdan sildiyim insanlar, mənim həyatıma yenidən qayıtmağı düşürlərsə, bircə şeyi düşünməlidirlər ki, mən qaytarsam elə atamı qaytararam da. Başqasını bağışlayıramsa, özümkünü qanımdan olanı niyə bağışlamayım? Niyə bağışlamayım? Amma bağışlamayacam! Heç vaxt bağışlamayacam! Həyatım boyu bağışlamayacam! Mənim indi bəlkə qadın kimi qayğıya ehtiyacım var,çünki bütün qadınların qayğıya ehtiyacı var, hesab etmirəm ki, hansısa qadın qayğıya ehtiyacı olmasın. Amma mənim ata sevgisinə, qayğısına ehtiyacım yoxdur. Mən o hissi yaşamamışam, yaşamaq istəmirəm. Bəlkə də çox gözəl bir hissdir, bəlkə də dəyərli bir şeydir, bəlkə də çox vaz geçilməzdir,amma mən onu istəmirəm.
-Atanız haqqında nə düşünürsünüz?
- Yox, mən bilirsiz necə heç vaxt demərəm ki,atam belə pisdir,çünki baxma nə qədər olmasa mən onun qanını daşıyıram. Onda mən də pisəm. Mən əgəq atama pis deyirəmsə, mən də pisəm. Amma o, mən bayaq sizə bir şey dedim a,ruhun qırılması,ruhun inciməsi,ruhun tapdanması,ən gözəl insanın ola bilər. Amma mən sizə bir şey deyim,mənim məsələn həyat yoldaşım, çox yaxşı insandır, çox da savadlı insandır,yəni mən onunla danışmaqdan heç vaxt yorulmamışam. İnsan var sən onunla söhbət edəndə sənin üçün cansıxıcı olur,onun hərtərəfli biliyimi deyim,hərtərəfli marağı oldu üçünmü deyim,yəni, hər şeydən, hardan sual versən, nə barədə məlumat əldə etmək istəsən onun bu sahədə bacarığı var ən azı. Amma bilirsiz necə,sevmək başqa şeydir, ailə başqa şeydir. Bunları vaxt uzlaşdırmaq olmur. Yəni, mən sizə bir şey deyim, başqasını sevib,amma sonra ailə qurarakən seçimini heç sevmədiyi biri ilə edən qızlara çox gözəl baxıram. Çünki onların həyatı hər zaman möhkəm olur. Amma sevib ... Sevgi ona deyirlər ki, ona qovuşmursan. Mən bunu sevgi adlandırıram, çünki sevgi hər zaman əzablı olur. Sevgi hər zaman keşməkeşli olur. Sevgi qovuşmayan bir hissdir mənim məfhumumda. Amma qovuşarkən dəyərini itirir,deyərdim ki,sevgi qalmır. Mən heç zaman həyat yoldaşımı pisləməmişəm, heç zaman ona pis deməmişəm. Dəməyim odur ki, əslində həyat yoldaşım çox yaxşı insan idi. Sadəcə ailə olaraq ... Sevmək üçün yaxşı insan idi, ailə üçün bəyənmədim.
-Övladınız indi atası ilə görüşür.Siz buna qarşı deyilsiniz? Siz necə görüşürsünüzmü?
- Əlbəttə. Mən görüşmürəm. O, hazırda mənim üçün sıfır faiz olan insanlardandır. Çünki mən ona həyatımın ən gözəl illərini verdim. Bir qadının həyatında ən dəyərli olan hissimi verdim. İlk hissimi verdim. Amma o buna layiq olmadı və bunun dəyərini bilmədi və ona görə də o mənim bu dəqiqə həyatımın hasarının keçilməz hissəsindədir və faizli insanlardandır. Mənim üçün yoxdur, oğlum üçün var,hər zaman da olacaq. O istəməsə də olacaq. Çünki o mənim oğlumun atasıdır. Əgər oğluma atalıq etmək üçün mən digər adamı seçməmişəmsə, o zaman məcburdur. Məcburdur! Hec vaxt oğlumu atasından məhrum etmərəm. Heç vaxt! Hər zaman! Heç mən bilmərəm o ailə qurub,ya qurmayıb, ya qurmaq istəyir. Hər halda yəqin ki, qurmaq istəyir və bir xanım mənə yaxınlaşmışdı. Amma qursun, xoşbəxt olsun. Əgər biz bir arada xoşbəxt ola bilmədiksə, o demək deyil ki, ayrı-ayrılıqda xoşbəxt ola deyilik. Bu eqoizmdir. Mən bunu istəmirəm. Bəlkə də, o, onun həyatı mənimlə olmalı deyildir, mənim həyatım onunla olmalı deyildir və başqası ilə xoşbəxt olmalı idi. Niyə də olmasın? Məhv olmalıdır insan? Yox! Mən istəyərəm xoşbəxt olsun və mən çox istəyərəm ki,onun bundan sonra həyatda sevib-seçdiyi insan dəyərli bir insan olsun, çox yaxşı bir xanım olsun ki, mənim oğlumun da qabağına çay qoyanda onu gətirib atmasın, sevgi ilə qoysun. Yəni əgər qoyarsa. Bax bu var. (Müsahibim hər dəfə şəxsi həyatından danışanda gözləri dolurdu)
-Deyə bilərik ki, Vüsalə xanım çox güclü qadındır. Lakin güclü olduğu qədər də duyğusaldır...
- Çox duyğusalam. Və mən sizə bir şey deyim ki, mən hər zaman depressiyaya düşməməyə çalışıram. Bəlkə depressiyanın nə olduğunu anlamayan insanlar var, amma mən onu çox gözəl anlayıram. Çünki, mən depressiyadan çıxa bilmirəm. Çox da əziyyət çəkirəm. Çox əziyyət çəkirəm. Yəni, bəlkə də düşünə bilmədiyiniz dərəcədə əziyyət çəkirəm. O depressiyadan çıxa bilmədiyim üçün ona düşməmək üçün hər cəhdə əl atıram. Duyqusalliq isə mən romantik adam deyiləm. Umumiyyətlə,romantik deyiləm, hec de romantikanı sevmirəm. Duyqusallıq isə mən də çox üstündür. Yəni, ürəyimə toxunan olan bir sözü, bir musiqisi olan bir mahnı da məni o qədər ağla da bilər ki, mən sakitləşə bilmərəm. Ondan sonra hansısa bir serialda, hansısa bir obrazın, hansısa bir məqam məni elə ağlada bilər ki,bəlkə də həyatda çox şet məni ağlada bilməz. Bir də mən sizə bir şey deyim də, dözə bilmədiyim bir hiss də var. O da uşaqlarla bağlıdır. Mən küçədə dilənən uşaq görəndə örüyim param-parça olur. Baxmamağa çalışıram. Dözə bilmirəm. Mən üstü-başı çirkli, baxımsız uşaq görəndə dözə bilmirəm. Hökür-hönkür ağlayaram, təsəvvür edirsiz, ağlayaram. Yəni, valideyni, uşağını atmış valideyni bağışlaya bilmirəm. İnsan özünün parçasını, nece insan öz qolunu kəsib ata bilər? Necə bunu eləmək olar? Sən nə qədədr qəddar olasan ki, övladını atasan. İstər belə atmaq, mənim kimi həyatda atılmaq olsun,istərsə də hər hansı bir uşaq evinə atılmaq oldun, heç bir fərqi yoxdur mənim üçün,ikisi də eyni şeydir. Əgər o uşaq o hissi yaşamırsa, ikisi də eyni şeydir, mənim üçün. Anlamımda ikisi də eyni şeydir. Və övladını atan valideynləri heç vaxt bağışlamıram. O hiss mənim ən yaralı yerimdir bəlkə də həyatda. Mənim deməyim odur ki, məni bir insan tərəfindən, bir kişi tərəfindən dəyək də, atılmaq, çünki mən atılmıram atıram,sevmirəm təslim olmağı. Üzə bilməz, baxmayaq ki,mən boşandığım günü hönkür-hönkür ağlamışdım. Ona gorə yox ki, mən həyatda nə isə itirdim,yox. Bilisiz nə üçün? Mən niyə bu səhv addımı atdım. Niyə mən həyatda seçimimi edərkən doğru etmədim deyə ağladım. Kimisə itirdiyimə görə ağlamadım. Bir kişi tərəfindən atılmaq, baxmayaraq ki,atılmıram atıram bu məni bir o qədər üzməz. Üzülərəm, müəyyən müddət. Amma yenə tutmaram,amma övladını atan valideyn, uşaqların atılması, uşaqların pis vəziyyətdə yaşaması, uşaqların dilənməsi məni mox üzər. Dəhşətli dərəcədə üzər və mən sizə deyim ki, ürəyim dözmür. Hiss edirəm ki, ürəyimin dözmədiyi bir məqam var. Çalışıram ki, tez necə bəyaq sizə dedim ki, ölüm haqqında düşünəbilmirəm, dərhal ürəyim ağrıyır. Mən ürəyimin döyüntülərinin tezləşdiyini hiss edirəç və dərhal o fikirdən vaz geçirəm. O da elə bir hissdir mənim üçün. Belə durmağa çalışıram həyatda. Bu da bir insan həyatıdır. (Əgər kariyerayla bağlı, işlə bağlı suallarınız varsa, buyurun. Mən sizi şəxsi həyatımla yordum.
-Şəxsi həyatınız daha maraqlidir…
- Həyat daha maraqlıdır. Hər zaman işdən müsahibə götürürlər ona görə. Mən sözün açığı həyatım barədə açıqlama verməyi sevmirəm. Belə bir insanam. Hər zaman tutduğum mövqe, işlə bağlı açıqlama vermişəm,amma kimisə məni tanımaq istəyirsə, hesab edirəm bu məqamda, bu yaşımda, məsələn, mənə dünən Nahid deyəndə şəxsi suallar da olacaq,mən etiraz etmədim, çünki artıq mən yaşımın elə bir məqamındayım ki,həyatı kifayət qədər başa düşürəm. Mən həyatda çox çırpılmışam, hər üzünü görmüşəm- çırpılmışam,gərçəkdən həyatda çox çırpılmışam ve o çirpilarkən qarşımda olan insanların itələyə-itələyə mənim o hasarımın tikanlı tərəfinə keçməsi, keçən insanlar bəlkə də nədəsə məni günahlandırırlar. Amma bu gün mənim danışdıqlarımdan nəticə çıxararaq özlərini günahlandırmalıdırlar məni yox. Məni qırmamaq lazımdır. Onu heç istəmirəm, onu heç bağışlamıram.
-Dəymə mənə deyməyim sənə…
- Ay sağ ol, dəymə mənə dəyməyim sənə. Bilirsiz necə, məт ümumiyyətlə, özümlə bağlı hissləri bir ifadə ilə işlədərdim, hesab edirəm ondan o tərəfəsi də yoxdur, orda da bağlamaq lazımdır-Mənim ruhuma bir şey dəyərsə, qəlbimə bir şey dəyərsə, mən heç onu izah etmədən də çəkib gedə bilərəm. Siz hara? Susmağımla yandıraram. Hansı ki, dava qırğını çox gözəl bacarıram,amma baxır dəyərmi onun dava-qırğın etməyə,dəyərmi? Mənim özümü əsəbləşdərməyimə dəyərmi? On görə də,yəni, susaram. Və çox böyük susqunluq yaşayan insanam, içimdə danışan insanam, içimdə hesablaşan insanam. Bir şer deyim sizə, mən heç kimin paxıllığın çəkmirəm, heç vaxt. O deyirlər a, insan yerinə uzananda günün hesabatın verir. İnsan var ki, yerinə uzananda filan kəs filan şey elədi, filan kəs filan mövqedə dayanıb, mən niyə dayanmayım düşünür? Mən isə başqa şey düşünürəm. Düşünürəm ki, mən bu gün bunları eledəm, sabah nece edim ki , həyatımda özüm üçün, uşağım üçün yaxşı olsun, belə oldu, ele oldu. Mən ancaq bu haqda düşünürəm. Kim nə edir, kim necə qazanır, həyatını necə qurur, necə formalaşdırır,bunun mənə nə dəxli var axı? Necə ki, mən hesab edirəm, mənim həyatımın kimisə aidiyyatı yoxdur,onun da həyatının mənə aidiyyatı yoxdur. Nəyimə lazımdır? Bu mənim üçün əlavə bir şeydir,mənim fikirlərimin, beynimin əlavə dərsidir. O hissləri mən başqa şeyə sərf edərəm, niyə kiməsə sərf edim ki?- Bu barədə düşünürəm. Və bir də bir şey var ki, mən heç vaxt həyatda bir addım atarkən, kim nə düşünür düşünsün, çünki başının üstündə kişi olmayan qadın üçün söz demək çox asandır. Çünki, o söz dərhal ona yapışacaq. Amma buna baxmayaraq, mən sizə bir şey deyim, mən sizə söhbətimin əvvəlində dedim ki,məm özümə dəyər verən insanam, hörmət edən insanam, mən özümə hörmət etməsəm, dəyər verməsəm, kimsə mənə dəyər də verməz,hörmət də etməz. Və mən heç vaxt düşünməmişəm ki, mən hansısa bir səhv addım atarkən yolu azarkən deyəcəklər ki, filankəsin qızı filan addımı atdı, yaxud da filankəsin xanımı, arvadı filan addimi atdı. Öncə mənim adım çəkiləcək. Vüsalə filan addımı atdı. Mən heç vaxt adıma ləkə vurmaram. Bunu özümə sığışdırmaram və demək, mənim ətrafımdakılardan öncə qorunacaq adım var. Ona görə mənim üçün məni bəlkə valideynim də hansısa eşitdiyi bir şaiəyə görə,istər qardaşım olsun, istər ən yaxın insanlarım olsun hansısa ağzı göyçəklərin sözünə,eşitdiyi şaiəyə görə belkə ittiham edə bilər. Amma mənim üçün bu ittaham sıfırdır, çünki mən özüm-özümü tanıyıram və bu mənə yetir. Mən öz adımı qoruyuram bu mənə yetər. O söz-söhbət, o şaiyə tutula bilməyəndə yıxılır. Mənim evimdə bayaqdadediyim ki, mənim evimdə kişi böyüyür, mənim evimdə oğlum böyüyür. Mən onun başını aşağı edərəm? Heş vaxt razı olmaram. Özümü nə qədər sevirəm,onu kubuyla sevirəm. Demək, özümə layiq bilmədiyimi ona heç vaxt layiq bilmərəm. Bax, bu şeylər var ki, xarakterim çox çətindir,gərçəkdən çox çətindir. Yəni, mən bir şeyi deyim də,əslində mənim xasiyyətim çətindir,yəni, bu mənim ətrafımda olan insanlara,məni sevənlərə əziyyət verən bir şeydir. Yəni, mənim valideynim də, mənim anam da mənimlə danışmağa cəhd göstərsə, danışa bilməyəcək. Danışmıram, sadəcə danışmıram. Heç nə barədə danışmağı sevmirəm. Bir də ki, mənim ətrafımdakı insanlar çox gözəl bilirlər mənim xasiyyətimi və onlar artıq alışıblar necə deyərlər. Yəni, mən ən acı bir gün, bir hadisə yaşaya bilərəm və heç kim mənə yaxın durmaz,çünki sevmirəm. Kimisə acılarımla boğmağı sevmirəm. Birincisi hiss etdirməməyə çalışıram, hiss etdirdiyi təqdirdə çox yaxşı olduğumu hiss etdirməyə çalışıram. Çünki istəmirəm kimsə mənə acısın. Ona görə də ətrafım çox gözəl bilir ki, danışmaq istəsəm özüm danışacam,danışmıramsa üstümə gəlmə. Üstümə gəlməkdən heç xoşum gəlmir. Bax belə. Mənim xarakterimi kifayət qədər açdıq. Açılmayan tərəfləri də var,mən bağlı bir boxçayam. (Gülür)
-İnşallah gələcəkdə onu da açarıq...
- İnşallah.
-Bizə zaman ayırdığınız üçün çox sağ olun ...
- Siz sağ olun, bilmirəm sizin suallarınızı nə dərəcədə cavablandıra bildim...
Könül İbrahim