Almaniyanın Berlin şəhərində keçirilmiş Avorpa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayında yeni rəhbər seçilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Vətəninfo.az”a verilən məlumata görə, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Konqresin prezidenti seçilib.
Qurultayda AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse prezidentləri və vitse-prezidentləri də seçilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar birinci vitse-prezident, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev isə vitse-prezident seçiliblər.
Toplantıda AAK-nın qətnaməsi, həmçinin qurultay nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilib.
Qeyd edək ki, AAK-nın IV Qurultayında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri, xarici ölkə təmsilçiləri, digər diaspor təşkilatlarının nümayəndələri və rəhbərləri iştirak ediblər.
AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Ötən dövr ərzində quruma Başar Kömür başçılıq edib.
Əli
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...