Avtobus yük maşını ilə toqquşdu: 7 ölü

Avtobus yük maşını ilə toqquşdu: 7 ölü
Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 7 nəfər həyatını itirib.
 
ANS-in verdiyi məlumata görə, regional Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi faktın düzgünlüyünü təsdiqləyib. Qəza Mahaçqala-Həştərxan magistral avtomobil yolunda, Dağıstanın Tarumovski rayonunun Talovka yaşayış məntəqəsinin ərazisində baş verib.  
 
Məlumata görə, 7 nəfər ölüb, avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar. Yaralıların sayının 26 nəfər olduğu bildirilib. Hələlik onların vəziyyəti haqqında məlumat verilmir.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az