Çavuşoğlu: "Ermənistan mütəmadi olaraq Qarabağa silah ötürür"
Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ermənistanda "Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava məkanını bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, "FlyOne Armenia” şirkətinin türkiyə üzərindən Avropaya uçuşları 29 apreldən dayandırılıb.
****
"İrəvan mütəmadi olaraq Qarabağa silah ötürür”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
"Ermənistan Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi faktını qəbul edə bilmir”, – o deyib.
Onun sözlərinə görə, İrəvan davamlı olaraq Qarabağa silah ötürür, gərginlik yaradır.
"Ermənistan Qarabağa silah aparır və bununla da gərginlik yaradır. Azərbaycan buna qarşı addımlar atır. Biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq istəyir. Biz Azərbaycanla məsləhətləşmələr apararaq Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmışıq”, – deyə Çavuşoğlu bildirib.