«AXCP ilə Müsavat prezident seçkilərindən imtina etməlidirlər»-Müsahibə

«AXCP ilə Müsavat prezident seçkilərindən imtina etməlidirlər»-Müsahibə

Sərdar Cəlaloğlu: «Ya da vahid namizəd məsələsində İctimai Palatanı buraxmalıdırlar»

 Mətbuatın gündəmində olan əsas məsələlərdən biri də siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsidir. Ayrılacaq vəsaitin həcmi açıqlanandan sonra bu birmənalı qarşılanmadı və maliyyələşmədən kənarda qalan partiyalar ciddi etirazlarını bidirməyə başladılar. Kənarda qalan partiyalardan biri də Azərbaycan Demokrat Partiysıdır (ADP). Amma ADP seçkilərə Ümid Partiyası ilə bir blokda qatılıb və «Ümid»in parlamentdə təmsilçiliyi var. Belə olan təqdirdə ADP-nin maliyyələşmədən kənarda qalması nə dərəcədə qanunauyğundur? ADP sədri Sərdar Cəlaloğlu bu məsələylə bağlı məhkəməyə müraciət edəcəklərini diqqətə çatdırdı.
- Biz maliyyələşmə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdik. Amma cavab gəldi ki, biz yalnız yerli məhkəmələrə müraciət etməliyik. Hələ Nazirlər Kabinetinin qərarı şərh olunmayıb. Biz sənədləri hazırlayırıq ki, məhkəməyə müraciət edək, məhkəmədə də Konstitusiya Məhkəməsinə müraciət etsin. Yerli məhkəmələr bu məsələni ədalətlə həll etməsə Avropa Məhkməsinə müraciət edəcəyik.
- Bəzi siyasilər hesab edirlər ki, qanunda ziddyyətlər var…
-  Əlbəttə zidiyyətlər var. Məsələn Fərəc Quliyev bitərəf kimi namizədliyini irəli sürüb. Bu gün onu partiya kimi maliyyələşdirirlər. Sabir Hüseynov cəmi 2-3 min səs toplayıb. Onun da partiyası dövlət tərəfindən maliyyələşir. Bizim də partiyamız blokla seçkiyə qatılıb və həmin blokdan parlamerntdə nümayəndəmiz var. Blokdan 35 namizəd vermişik, amma 10 namzədimiz qeydə alınıb. 10 namizəd də 8 minə yaxın səs toplayıb. Belə çıxır ki, biz, 8 min səs topladığımız halda dövlət tərəfindən maliyyələşməməliyik, ancaq Fərəc Quliyev bitərəf kimi deputat seçilib, amma partiyası maliyyələşir. Sabir Hüseynov da bitərəf kimi deputat seçilib.  Yaxud Xanhüseyn Kazımlı 2 min səs toplayıb, amma onun da partiyasına maliyyə ayrılıb. Bütün bunlar onu göstərir ki, bu konyukturadı. Məqsəd Azərbaycanın demokratik qüvvələrini maliyyə baxımından qeyri bərabər vəziyyətə salmaqdır. Əslinə baxsan bu addım seçkilərin konstitusion olmadığını müəyyən edir. Konstitusiyada yazılır ki, seçkilər ədalətli, bərabər və azad olsun. Amma burada bərabərlik prinsipi pozulur. Çünki biz, artıq iqtidar partyası və onu müdafiə edən partiyalarla qeyri bərabər vəziyyətdəyik. Bu isə seçkilərin nəticələrinə təsir göstərəcək. Belə olan halda heç bir beynəlxalq  təşkilat Azərbaycanda seçkilərin bərabər şəkildə keçirildiyini qiymətləndirə bilməz. Qanunvericiliyin bir qaydası var. Heç bir parlament özünün fəaliyyəti ilə bağlı qərar qəbul eldə bilməz. Parlaimentlərin qəbul etdiyi qərarlar yalnız həmin dönəmdən sonraya aiddir. Yalnız Cinayət Proesessual Məcəlləsində qanunun yüngülləşdirici halları, və geriyə qüvvəsi var. Amma ümumi qanunvericilikdə geriyə qüvvəsi yoxdur. Bu parlament seçiləndən sonra Milli Məclislə bağlı hər hansı qanun qəbul edilibsə onu bu qanunverici orqana təsdiq etmək olmaz. Çünki hüquq büna icazə vermir. İkincisi söhbət qanuni parlamentdən gedirsə, bizim 2010-cu il Parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə şikayətlərmiz var və buna baxılacaq. Ona görə də parlamentin qəbul etdiyi qərarların bu seçkilərə istinad edilməsi qətiyyən yolverilməzdir. Yeganə çıxış yolu budur ki, ayrılan vəsait seçkilərdə partiya kimi iştirak edənlər arasında bərabər bölünməlidir. 2015-ci il parlament seçkilərinin nəticələri hamı tərəfindən qəbul olunacaqsa, onun əsasında partiyaların maliyyələşməsi reallaşa bilər.

- Ümid Partiyası ilə bir blokda təmsil olunmusunuz .Ümid partiysının da parlamentdə təmsilçilyii var və maliyyə alıb. Qanun icazə verirmi ki, ADP-yə də maliyyə ayrılsın?

- Qanunda birbaşa yazılır ki, blok şəklində seçkiyə gedən partiyalardan birinin parlamentdə nümayəndəsi varsa, parlamentdə düşə bilməyən digər pariya da maliyyələşdirilir. Yəni biz blok şəklində getmişik, İqbal bəy bizim blokdan namizədimiz olub və parlamentə düşüb. Bizim partiyadan isə parlamentdə təmsilçimiz yoxdur. Belə olan halda Ümid partiyası necə maliyyələşirsə, ADP də elə maliyyələşməlidir. Bizim partiyamızın məsələsi xüsusidir. Amma ümumi bir məsələ var ki, bütölükdə Azərbaycan müxalifəti bu maliyyələşmədən kənarda qalıb. Bu isə müxalifətlə iqtidar arasında bərabərlik prinsipinin pozulması deməkdir. QHT-lərə 20, mətbuata 4, Azərbaycanın siyasi partiyalarına isə 2 milyon ayrılır. Bu da inkişafı əngəlləyən amildir.
- Onda belə çıxır ki, sizin partiyanız maliyyə alacaq…
- Bizim partiya maliyyə almalıdır. Amma Nazirlər Kabinetinin şərhinə görə, guya bizə düşmür. Ona görə məhkəmələrə müraciət edəcəyik. Çünki bizimlə bağlı qanun açıq aşkar pozulub. Qanunda belə yazılıb. Biz xahiş etməmişdik ki, bir blokda təmsil olunan və digər seçilməyən partiyada da maliyyələşmədə iştirak etsin.

- İcazəsiz aksiya keçirənlərin cərimələnməsi ilə bağlı parlamentə qanun layihəsi təqdim edilib. Partiya olaraq buna münasibətiniz necədir?

- Burada 2 mühüm səbəb var. Birincisi, Azərbaycan Konstitusiyasının 70-ci maddəsinə görə,  insan hüquqlarının bu və ya digər şəkildə məhdudlaşdırılmasına yol verilmir. Bu qanunverici orqana, məhkəməyə və icra hakimiyyətinə aiddir. İndiki halda icazəsiz aksiya keçirənlərin cərimələnməsi vətəndaşların sərbəst toplaşma azadlığından istifadə hüququnu məhdudlaşdırır. Azərbaycan konstitusiyasının yenə 70-ci maddəsində var ki, vətəndaşların insan hüquq və azadlıqdarı birbaşa qüvvədədir. Bu nə deməkdir? Vətəndaşların bu hüquqdan istifadə etməsi onların özlərindən asılıdır. Yalnız bu hüquqndan istiəfadə edərkən cinayət əməllərinə yol verilərsə, onda məsuliyyət yaranır. İcazə verilib verilməməsi sərbəst toplaşma hüququndan istifadə üçün əsas deyil.  İcazə verilməyən aksiyada iştirak edirəmsə hansı cinayəti törədirəm? Özü də insan hüquqları icazə ilə deyil axı. Biz yalnız icra hakimiyyətinə xəbər verməliyik, onlardan icazə almalı deyilik.

- İctimai Palatadakı son istefalar nəyin göstəricisidir?

- Seçkilər yaxınlaşdıqca istər iqtidarda, istər müxalifətdə, istərsə də bütünlüklə Azçərbaycanda çox ciddi hadisələrin olacağını demişdik. Bütün dünyada belədir ki, seçkilər bütövlükdə  cəmiyyətdə böyük bir dəyişikliklərə səbəb olur. İndiki halda İctimai Palata bu qanunauyğunluqdan kənarda qala bilməz. Bundan sonra da İctimai Palatada yenə də bu cür ayrılmalar, parçalanmalar müşahidə olunacaq. Başqa partiyalarda da belə proseslər ioldu. KXCP-də Mimahmud bəyin müavinlərinin çıxarılması, YAP-da Gülər Əhmədova məsələsi, Azərbaycan ətrafında hadisələrin bu və ya digər şəkildə gərginləlşməsi və digər məsələlərin hamısı prezident seçkiləri ilə bağlı baş verən hadisələrdir. İctmiai Palata müəyyən bir qrup tərəfindən süni surətdə gündəmdə saxlanılır. Ya AXCP ilə Müsavat prezident seçkilərindən imtina etməlidirlər, ya da vahid namizəd məsələsində İctimai Palatanı buraxmalıdırlar. Orada təmsil olunan bitərflər indi başa düşürlər ki, onların maraqları ilə bütövlükdə İctimai Palataya daxil olan partiyaların maraqları toqquşur.

Firudin

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az