Mərhum bəstəkar, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun müəllifi olduğu qeyd olunan mahnıya erotik klip çəkilib.
Vətəninfo.az-ın məlumatına görə, “Youtube”da yayımlanan müğənni Rusonun ifa etdiyi “Ay gecə” adlı mahnıya çəkilən klipin anonsları diqqət çəkib. Belə ki, açıq-saçıq geyimlərdə rəqs edən gənc kollektivlərdən və daha çox erotik görüntülərdən ibarət klipin anonsunda diqqət çəkən əsas məqamlardan biri 20-ci əsrin 80-ci illərinin gəncliyi ilə günümüzün gəncliyi arasında olan geyim və rəqs fərqidir.
Qısa araşdırma zamanı məlum olub ki, Rusonun ifa etdiyi “Ay gecə” mahnısının musiqi müəllifi bəstəkar Emin Sabitoğlu deyil. Mahnının əsl müəllifi Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında 1987-ci ildə çəkilən eyniadlı filminin bəstəkarı və mahnının ilk ifaçısı olan Qasım Xəlilovdur.
Erotik görüntülərdən ibarət çəkilən klipin anonsunda digər nəzərdən yayınmayan məqam isə mahnının sözlərinin müəllifinin Həsən Ağayevin olmasıdır. Amma mahnının sözlərinin əsl müəllifi Azərbaycanın xalq şairi Nəbi Xəzridir. Onu da bildirək ki, mahnının sözlərində əlavə və dəyişiklik olub.
Mövzu ilə bağlı araşdırmalar davam edir…
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür