Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlik tanınmış rejissor Ayaz Salayevə qarşı ağır ittihamlar səsləndirib.
Vətəninfo.az fraqment.az-a istinadən bildirir ki, rejissorun "MimOda 18+" tamaşası haqda dedikləri və azərbaycanlı aktrisalara "soyunun" deyə müraciəti xalq artistini özündən çıxarıb. Ramiz Məlik Ayaz Salayevə qarşı ağır ittihamlar səsləndirib:
"Ayaz Salayev, get kilsədə keşişə özünə ağıl duası oxutdur. Sənə kim ixtiyar verir Azərbaycanın qızlarını əxlaqsız yola çəkirsən? Çəkdiyin 1-2 film heç ekranda göstərilməyib. Bu xalqın milli mentaliteti, yüksək qüruru var. Onların heç biri səndə yoxdur. Otur komanda, dilini qoy qarnına".
Qeyd edək ki, Ayaz Salayev "Oda" Teatrının 18+ tamaşası ilə bağlı
Aznews.Az-a açıqlama verərkən azərbaycanlı aktrisalara müraciətində
demişdi: "Ya səhnəyə çıxıb soyunub, açıq-saçıq səhnələri oynayın, ya da
bu sənətə gəlməyin. Nə qədər ki, səhnəyə çıxıb soyunmayacaqsınız,
rejissorlar xaricdən aktrisa gətirəcəklər. Bizimkilər də onları səhnədə
görüb baxa-baxa, yana-yana qalacaqlar. O, başa düşməlidir ki, aktrisadır
və ona verilən obrazı oynamalıdır".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?