308.1-ci maddə ilə təqsirləndirilsə də...Xəzinədar kimi işə götürüldü

308.1-ci maddə ilə təqsirləndirilsə də...Xəzinədar kimi işə götürüldü
Vətəninfo.az -a daxil olan məlumatda bildirilir ki,sələmçi ləğəbilə tanınan Maqsud Yaqubov cinayət məcəlləsinin 308.1-ci(vəzifə səlahiyyətlərindən suiistifadə) maddəsilə təqsirləndiriləndiyi halda?  Azərpoçt imişli filialında xəzinədar vəzifəsi verilib.
Qeyd edək ki, "Kapitalbank” ASC-nin "İmişli”, "Şabran və "Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə isə, aparımış araşdırmalar zamanı bankın "İmişli" filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımovun xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq saxta kredit müqavilələrinin rəsmiləşdirilməsi, kredit məbləğlərinin müştərilərə tam həcmdə verilməməsi, kreditlərin ödənişə qəsdən yönəldilməməsi, bankın "Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırlatması, bankın "Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizovun qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric etmələri yolu ilə vətəndaşların və bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az