Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 4 nəfəri saxlayıb.
VİZUAL.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları həmişəki kimi mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu əməliyyatlar həyata keçirib.
Nəticədə 2015-ci il noyabrın 29-zu tarixində həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 338 nömrəli "İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn 4 əcnəbi vətəndaş saxlanılıb.
Bunlar Sierra Lion Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Kargbo Abu Bakarr, Almaniya vətəndaşı Şharestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərdir.

Əcnəbi vətəndaşların gəldikləri ölkələr
Onlar verilmiş vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma aparıldıqdan sonra onlardan ikisi "Bakı-İstanbul” reysi ilə geri qaytarılıb.