Aybəniz Haşımova "Zamin" bankı ittiham etdi-Hörmətsizlik
Əməkdar artistə bankda hörmətsizlik olundu, o da qisasını belə çıxdı
Əməkdar artist Aybəniz Haşımova "Zamin" bankın işçilərini vətəndaşlara qüsurlu xidmət göstərməkdə ittiham edib.
Müğənni bu barədə sosial şəbəkədə yazıb:
"Bununla ikinci dəfədir ki, pul köçürülmə əməliyyatım uğursuz və qeyri-ciddi alınır. Hətta pulu geri almaq istədikdə "Zamin" bankın işçləri tərəfindən xoşa gəlməz rəftarla qarşılaşdım.
Ən azından tanıdıqları bir simanı belə qarşılayırlarsa, görün indi tanımadıqları müştərilərlə necə rəftar edirlər. Mənə elə gəlir ki, bu cür fəaliyyətində bağışlanmaz səhv buraxan bir bankın fəaliyyəti dövlətin imicinə zərbədən başqa bir şey deyil".
Miq.az