Vətəninfo.az İnterpress.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.
Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə və dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli məbləğdə ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq əməlləri törətməkdə ittiham olunur. Onu da qeyd edək ki, dəstə üzvlərinin daha bir dələduzluq əməli ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində də prosesləri davam etdirilir. Qeyd edək ki,Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür