Azay Quliyevdən Qazaxıstana önəmli təklif

Azay Quliyevdən Qazaxıstana önəmli təklif

Millət vəkili Azay Quliyev Qazaxıstan parlamentinə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa dair bir sıra təkliflər verib.

Axar.az xəbər verir ki, ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev Qazaxıstan Senatının sədri Kassım-Jomart Tokayev və parlamentin məclis sədri Nurlan Niqmatulinlə görüşüb. Görüşlər zamanı Azay Quliyev Qazaxıstan parlamentinin ATƏT PA-dakı rolunu yüksək qiymətləndirib və ATƏT PA və Qazaxıstanın ikitərəfli əməkdaşlığı ilə bağlı, həmçinin, Qazaxıstan nümayəndə heyətinin ATƏT PA və bütün Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsində yaxından iştirakına dair bir sıra təkliflər səsləndirib.

Öz növbəsində, Qazax parlamentinin hər iki palatasının sədrləri diqqəti ATƏT PA ilə aralarında əməkdaşlığın daha da inkişafı və dərinləşməsi üçün Qazaxıstanın güclü siyasi iradəsi malik olması faktına yönəldiblər.
 
Qazax parlamentinin hər iki palatasının sədrləri bildiriblər ki, ATƏT PA-nın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər lazımi qaydada nəzərdən keçiriləcək və müvafiq rəylər Qazaxıstanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən təqdim ediləcək.
 
ATƏT-in Astanadakı Proqram Ofisinin rəhbəri səfir Georgi Szabo da görüşlərdə iştirak edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az