​Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayacaq

​Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayacaq
Özbəkistanın avtomobil və çay nəqliyyatı agentliyində Özbəkistan və Azərbaycanın müvafiq orqanlarını təmsil edən ekspertlərdən ibarət nümayəndə heyətlərinin görüşü keçirilib.
Danışıqlar zamanı tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıb və iki ölkə arasında yük daşımalarının həyata keçirilməsi ilə bağlı praktiki məsələləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az