“Azərbaycan xalqı Zakir Həsənovu alqışlayır” -Elçin Behbudov
"Zakir Həsənovun Azərbaycanın müdafiə naziri təyin edilməsi çox
düzgün və dəyərli bir seçimdir. O, nazir təyin olunduqdan sonra Müdafiə
Nazirliyi sistemində köklü dəyişiklər edildi. Artıq bütün Azərbaycan
xalqı Zakir Həsənovu alqışlayır. Gənclərimiz isə onu özlərinə kumir
seçiblər. Son illər həqiqətən də Zakir Həsənov kimi müdafiə nazirimiz
olmayıb”.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr Zakir Həsənovun xidmətlərini görməməzlikdən gəlib, ona qarşı qarayaxma kampaniyası aparırlar:
"Əfsuslar
olsun ki, bəzi təxribaçı ünsürlər, media nümayəndələri internet
saytlarında ordumuzun, Zakir Həsənovun əleyhinə yazılar yazırlar. Belə
hallar yol verilməzdir. Həmin yazıları bizim düşmənlərimiz də oxuyurlar.
Ordumuzdakı irəliləyişlərdən danışmaq əvəzinə, gedib internet
saytlarında Müdafiə Nazirliyinin əleyhinə müsahibələr vermək qəbul
olunmazdır”.
Hüquq müdafiəçisinin fikirincə,
Z. Həsənova qarşı qarayaxma kampaniyası aparanların başında
fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işdən çıxarılan
generallar durur:
"Zakir Həsənov müdafiə
naziri təyin olduqdan sonra bir çox generalları işdə buraxdıqları
nöqsanlara görə tutduqları vəzifələrdən azad etdi. Zakir Həsənova,
ordumuz və nazirliyə qarşı qaralama kampaniyası aparanların sırasında
çox güman ki, həmin generalların rolu yüksəkdir. Onlar Zakir Həsənovdan
qisas almaq üçün bu yola əl atıblar. Çünki Zakir Həsənov onların
fəaliyyətlərinə düzgün qiymət verdi və işdən azad etdi. Həmin generallar
vaxtında çox işlər görə bilərdilər. Amma fakt odur ki, heç bir iş
görməmişdilər. Onlar yalnız kabinetlərini düzəltməklə məşğul olublar.
Zakir Həsənovu isə mən heç vaxt kreslo arxasında oturan görməmişəm. Nə
vaxt zəng edirəmsə, o, cəhbə bölgəsində, əsgərlərin yanında olur”.
Hüquq müdafiəçinin sözlərinə görə, nazirə qarşı aparılan kampaniyada keçmiş müdafiə naziri Səfər Əbiyevin də əli var:
"Ola
bisin ki, bütün bu qarayaxma kampaniyasının arxasında bir vaxtlar
müdafiə naziri olan Səfər Əbiyevin də barmağı olsun. Səfər Əbiyevin
dövründə əsgərlərin döyülmələri ilə bağlı bizə çox saylı müraciətlər
daxil olurdu. Bütün bunlar danılmaz faktlardır. İndi isə bizə belə
faktlar daxil olmur”.
E.Behbudov qeyd edib ki,
Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra ordudakı işgəncə
faktları ilə bağlı onlara heç bir şikayət daxil olmayıb.
"Səfər
Əbiyevin zamanında da biz orduda yoxlamalar aparırdıq. məni qəbul
etməsi ilə bağlı Səfər müəllimə dəfələrlə müraciət etmişəm. Problemləri,
faktları birbaşa olaraq onun diqqətinə çatdırmaq istəmişəm. Amma o məni
heç vecinə də almayıb. Amma Zakir Həsənova müraciət edən kimi, dərhal
qəbul edir. Zakir Həsənov ordumuzun keşiyində duran əsil kişidir”.