““Fredoom House”u ABŞ-da “cibgir” adlandırırlar” MÜSAHİBƏ

““Fredoom House”u ABŞ-da “cibgir” adlandırırlar” MÜSAHİBƏ

Vətəninfo.az Millət vəkili Adil Əliyevin SİA-ya müsahibəsin təqdim edir.

- "Fredoom House” təşkilatı bəyanat verib ki, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin demokratik şəkildə keçirilməyəcək. İndidən seçkinin taleyi haqqnda belə bir absurd iddia ilə çıxış etmək nə dərəcədə doğrudur?

- "Fredoom House” təşkilatı bir müddət öncə "Azərbaycan xəritəsi”ndə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Azərbaycandan ayıraraq "qismən azad ərazi” kimi təqdim etmişdi. Bu təşkilatın yönədiciləri öz hesabatlarında, xəritələrində, proqramlarında Qarabağı həmişə kəsib Ermənistana yamayıblar. Onlar Azərbaycan qanunlarını kobud şəkildə pozan, öz dövlətinə qarşı casusluq edən şəxsləri həmişə müdafiə ediblər. Zaman-zaman Azərbaycan haqqında qeyri-obyektiv, reallıqdan tamamilə uzaq, qərəzli hesabatlar açıqlayan bu təşkilatdan ədalətli mövqe gözləmək düzgün deyil. "Fredoom House” erməni lobbi təşkilatları ilə işbirliyində olan, ermənilərin mənafeyini müdafiə edən, içində türk-müsəlman düşmənçiliyi daşıyan bir qurumdur. Bu qurumun ofisi ABŞ-da yerləşir. Bəs necə ola bilər ki, bu təşkilat ABŞ-da, Qərb ölkələrində baş verən biabırçı hadisələrlə bağlı bir dəfə də olsun bəyanat verməyib? Konkret fakta keçək. Bu yaxınlarda ABŞ-da jurnalistlər qətlə yetirildi, uzun müddətdir ki, bu ölkədə qaradərili insanlar təqibə məruz qalır, ağ dərili polislər tərəfindən qətlə yetirilirlər. Bəs bunu "Fredoom House” görmür? Öz ölkəsində heç bir nüfuzu olmayan bu təşkilat özünə başqa yerlərdə nüfuz axtarır. Azərbaycan bu "Fredoom House”un, nə də bu qəbildən olan, ölkəmizə qarşı qərəzli mövqe tutan, ədalətsiz bəyanatlar verən təşkilatların fikirlərini ciddiyə almır. Qayıdaq seçki məsələsinə. Hələ ortada heç nə yoxdur. Seçkiyə də xeyli vaxt var. İndidən guya Azərbaycanda ədalətli seçki keçirilməyəcək iddiası irəli sürmək tamamilə ağılsızlıqdır. Azərbaycanda seçkilərin taleyini xalq həll edir. Deməli, bu qurum xalqımızın səsvermə hüququna qarşıdır, millətimizin iradəsinin əleyhinə bəyanatlar verir. Bu isə dözülməzdir. Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Təbii ki, bu Qərbi narahat edir, ona görə də əlaltı təşkilatları vasitəsilə ölkəmizə qarşı belə qarayaxma kampaniyasına start verib.

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etməklə nəyə nail olmaq istəyir?

- Əvvəla, deyim ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəyanatı pisləyirəm. Bu dünyanın ən demokaratik dövlətlərindən biri kimi özünü sübuta yetirmiş Azərbaycana qarşı qərəzdən, qısqanclıqdan başqa bir şey deyildir. Görürlər ki, Azərbaycan söz sahibinə çevrilib, ölkəmiz beynəlxalq aləmdə böyük siyasi-iqtisadi üstünlüklər qazanıb. Bu da onlara sərf etmir. Azərbaycan Milli Məclisi bununla bağlı növbədənkənar sessiya keçirdi və Avropa Parlamentinə layiqli cavab verdi. Hesab edirəm ki, biz artıq müdafiə mövqeyindən çəkilib hücum taktikasını seçməliyik. Biz dünyada sülhü təbliğ etdikcə, demokratik dəyərlərə hörmət etdikcə onlar özlərini bütün dünyanın ağası hesab edirlər. Ancaq başa düşsünlər ki, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın sözü ilə oturub-durmayacaq. Azərbaycanın öz dəsti-xətti var. Cənab Prezidentin apardığı daxili və xarici siyasət ölkəmizi elə bir inkişaf səviyyəsinə çatdırmışdır ki, gələcəkdə bizi daha böyük uğurlar gözləyir. Ölkəmiz daha böyük iqtisadi-siyasi gücə sahib olacaq. Avropa Parlamenti, "Fredoom House”, "Human Rights Watch” və başqa bu kimi təxribatçı qurumlar nə üçün hüquqları pozulmuş məcburi köçkünlərimizlə bağlı bircə dəfə də olsun mövqe ortaya qoymayıblar? Nə üçün işğal olunmuş torpaqlarımızla bağlı bir cümlə belə işlətmirlər? Ümumiyyətlə, Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələri ilə bağlı nə üçün bircə dəfə danışmayıblar? Onlar öz gözlərində tiri görmürlər, amma başqalarının gözündə tük axtarırlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az