“Bank kapitalının 99%-ni əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər”.
Vətəninfo.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ölkədə 5-6 bank AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var.
Bununla belə, E. Rüstəmov bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.
E. Rüstəmov bildirib ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib