Azərbaycanda bu qəzet ləğv olundu

Azərbaycanda bu qəzet ləğv olundu

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.

APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

Qeyd edək ki, "Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az